Kuarejma karyerasına Rusiyada davam edə bilər

17:21 - 9 İyul 2015

3 klubun maraq dairəsində

 

"Porto"nun yarımmüdafiəçisi Rikardo Kuarejma karyerasını Rusiyada davam etdirə bilər.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı portuqaliyalı futbolçu ilə Rusiya Premyer Liqasında mübarizə aparan 3 Moskva klubu yaxından maraqlanır. Bunlar "Dinamo", "Spartak" və "Lokomotiv"di.

 

Qeyd edək ki, Kuarejma ötən mövsüm "Porto"nun heyətində çıxdığı 30 matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti