"Fənərbaxça" "Çelsi"nin futbolçusunu transfer etməyə çox yaxındı

17:40 - 9 İyul 2015

İlkin razılıq əldə olunub

 

"Çelsi"nin yarımmüdafiəçisi Con Obi Mikel karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, ard-arda transferlərə imza atan İstanbul nəhəngi 28 yaşlı futbolçu ilə ilkin razılıq əldə edib. Obi Mikelin yaxın müddətdə rəsmi müqaviləyə imza atmaq üçün Türkiyəyə gələcəyi gözlənilir.

 

Qeyd edək ki, nigeriyalı futbolçu ötən mövsüm "zadəganlar"ın heyətində çıxdığı 26 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti