Sabiq koamndasına geri döndü
"Sevilya"dan ayrılan qapıçı Mariano Barbosa özünə yeni klub tapıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Vilyarreal" 30 yaşlı argentinalı futbolçu ilə iki illik müqaviləyə imza atıb. Barbosa 2005-2007-ci illərdə də "Vilyarreal"ın şərəfini qoruyub.
Qeyd edək ki, Mariano ötən mövsüm "Sevilya"nın heyətində heç bir matçda forma geyinə bilməyib.
saytlarin hazirlanmasi