“Real Sosyedad” Brumanı heyətinə qatdı
“Qalatasaray”ın əsas heyətinə düşməyən Bruma karyerasını İspaniyada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 20 yaşlı portuqaliyalı futbolçu növbəti mövsümü icarə əasasında “Real Sosyedad” klubunda keçirəcək.
İstanbul təmsilçisi 10 milyon avro qarşılığında “Sportinq”dən transfer etdiyi cinah yarımmüdafiəçini İspaniyaya getməsinə razılıq verib. Tərəflər arasında razılığa əsasən gənc futbolçu qarşıdakı bir ildə “Real Sosyedad” klubunda özünü yaxşı tərəfdən göstərəcəyi halda, “sarı-qrımızılılar” Brumanı satacaq. İlinə 1,5 milyon avro verəcək futbolçunun transfer hüququnu tama ələ keçirmək üçün İspaniya təmsilçisi qarşı tərəfə 8 milyon ödəməli olacaq.
saytlarin hazirlanmasi