Orxan Məmmədov 3 futbolçunu cəzalandırdı, Bolqarıstan komandası növbəti mərhələyə yüksəldi

10:02 - 10 İyul 2015

Hakimimiz Avroliqada növbəti oyununa çıxıb

 

Azərbaycanlı FİFA referisi Orxan Məmmədov Avropa Liqasında növbəti oyununu idarə edib.

 

 

Sportal.az xəbər verir ki, o, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin birinci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın "Beroe" və Litvanın "Atlantas" klubları arasında keçiriləcək cavab görüşünündə fit çalıb. Məmmədov bu qarşılaşmada meydan sahiblərinin 1, qonaqların 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Qarşılaşma meydan sahiblərinin "Beroe"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

İki matçın nəticəsinə görə 5:1 hesabı ilə qalib gələn Bolqarıstan klubu II mərhələyə vəsiqə qazanıb. 

Xəbər xətti