Llorente də gəlir?
"Yuventus"un ispan hücumçusu Fernando Llorente karyerasını Portuqaliyada davam etdirə bilər.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu iklə "Porto" klubu yaxından maraqlanır. Onlar Cekson Martinesin gedişindən sonra Llorenteni transfer etməkdə israrlıdı. Əlavə edək ki, "Porto" daha öncə "Real"ın qolkiperi İker Kasilyasla da razılıq əldə edib.
Qeyd edək ki, Llorente ötən mövsüm "Yuventus"un heyətində çıxdığı 45 matçda 9 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi