Hücumçu üçün 12 milyon avro
Dortmund "Borussiya"sının hücumçusu Çiro İmmobile karyerasını İspaniyada davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 25 yaşlı italiyalı fubolçunu transfer etməyə çox yaxın olan "Sevilya" forvard üçün qarşı tərəfə 12 milyon avro ödəyəcək. Nəzərinizə çatdıraq ki, ötən il "Borussiya" İmmobileni "Torino"dan 19 milyon avro qarşılığında heyətinə qatmışdı.
Qeyd edək ki, İmmobile ötən mövsüm Dortmund təmsilçisinin heyətində çıxdığı 33 matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi