"Xəzər Lənkəran" "Kasımpaşa ilə qarşılaşacaq

16:32 - 10 İyul 2015

Hazırlıq matçı

 

Türkiyənin Kapadokya bölgəsində yay təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” sabah ilk yoxlama oyununa çıxacaq.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-yaşıllar” Türkiyə 3-cü liqa təmsilçisi “Niğdespor”la qarşılaşacaq.

 

Lənkəran klubunun məskunlaşdığı otelin məşq meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

“Xəzər Lənkəran” bundan 3 gun sonra Superliqa təmsilçisi ilə gücünü sınayacaq. Qardaş ölkənin əsas liqa komandası “Kasımpaşa” ilə matç da eyni məkanda oynanılacaq. İstanbul klubu ilə qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Xəbər xətti