Quareşma "Beşiktaş"a qayıdır

17:11 - 10 İyul 2015

Danışıqlar gedir

 

Türkiyənin “Beşiktaş” klubu “Porto”nun futbolçusu Rikardo Quareşmanı heyətinə qatmaq üçün görüşmələrə başladı.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, heyətini Andreas Bek və Dusko Tosiçlə gücləndirən “qara qartallar”da növbəti hədəf Quareşmadı.

 

“Ağ-qaralar” “Porto”nun yeni mövsümdə heyətində düşünmədiyi sabiq portuqaliyalı futbolçusunu yenidən  komandaya qaytarmaq üçün görüşmələrə başladı və artıq danışıqların müsbət nəticələndiyi iddia edilir.

 

Qeyd edək ki, ulduz futbolçu 2012-ci ildə “Beşiktaş”dan ayrılmışdı.

Xəbər xətti