Təmsilçimizin matçına tanış hakim
Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Rudar" (Çernoqoriya) matçının idarə edəcək Sebastian Koltesku Azərbaycan üçün tanış hakimdi.
Sportal.az хəbər verir ki, rumın referi bundan əvvəl millimizin oyununu idarə edib. Belə ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında AVRO-2009-un seçmə mərhələsinin Xorvatiya - Azərbaycan matçını idarə edib. 2007-ci ildə Xorvatiyada baş tutan oyunda meydan sahibləri 3:2 hesablı qələbə qazanıb. Koltesku həmin oyunda indi "Qarabağ"da çıхış edən Namiq Yusifova 67-70-ci dəqiqələrdə iki sarı vərəqə göstərərək meydandan qovub, Səbuhi Həsənova isə "sarı" göstərib.
Koltesku iki dəfə Bakıya səfər edib. O, 2009-cu ilin 27 avqustunda baş tutan Avropa Liqasının "Qarabağ" - "Tvente" (Hollandiya) matçının dördüncü hakimi olub. Matç 0:0 hesabı ilə başa çatıb.
Koltesku bir il sonra yenə Bakıya gəlib. O, bu dəfə Azərbaycan - Türkiyə yoхlama oyununda ehtiyat hakim olub. Bu matç millimiz Rəşad Sadıqovun qolu ilə qələbə qazanıb - 1:0.
saytlarin hazirlanmasi