Azərbaycanlı FİFA referisi Orxan Məmmədov Avropa Liqasında növbəti oyununu idarə edib.
Sportal.az xəbər verir ki, o, qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin birinci təsnifat mərhələsi çərçivəsində Bolqarıstanın "Beroe" və Litvanın "Atlantas" klubları arasında keçiriləcək cavab görüşünündə fit çalıb. Məmmədov bu qarşılaşmada meydan sahiblərinin 1, qonaqların 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Qarşılaşma meydan sahiblərinin "Beroe"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.