"Antalyaspor" "Barselona"nın sabiq qolkiperini transfer edir

21:17 - 10 İyul 2015

Şənbə günü Türkiyəyə gələcək
 
Türkiyənin "Antalyaspor" klubunun prezidenti Gültekin Gencer bu gün keçirdiyi mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirib.
 
Sportal.az xəbər verir ki, Eto-nun komandaya cəlb olunmasından danışan klub rəsmisi qapıçı Viktor Valdes haqda da fikilərini bildirib.
 
"Biz Valdesə rəsmi təklifimizi göndərmişik. Qiymət məsələsini də təsdiqlədikdən sonra onun şənbə günü Türkiyəyə gəlməsi üçün heç bir problem olmayacaq. Sadəcə qiymət məsələsində bizim təsdiqimiz lazımdır".

Xəbər xətti