Qarşılaşma saat 21:00-da
	 
	"Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsində "Çukariçki"yə (Serbiya) qarşı keçirəcəyi cavab matçının başlama vaxtı müəyyənləşib.
	 
	Sportal.az xəbər verir ki, Azərbaycanda keçiriləcək oyun iyulun 23-ü, saat 21:00-da başlayacaq. Belə ki, UEFA-nın rəsmi saytında oyunun keçiriləcəyi stadion Qəbələ şəhər stadionu olaraq qeyd edilib.
	 
	Qeyd edək ki, bu komandalar arasında ilk görüş iyulun 16-ı, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
                      
saytlarin hazirlanmasi