Ernandes “Sevilya”ya neçəyə başa gələcək?
Avropa Liqasının qalibi “Sevilya” hücum xəttində Karlos Bakkaya əvəzləyici tapıb.
Sportal.az xəbər verir ki, əndəluslular ötən mövsümü icarə əsasında Madrid “Real”ında keçirən Ernandesi heyətinıə qatmağa hazırlaşır.
“Mançester Yunayted”ə məxsus olan meksikalı forvard indiki vəziyyətdə İspaniyanı tərk etmək fikrində deyil. “Sevilya” 27 yaşlı futbolçunun keçidi qarşılığında “Qırmızı şeytanlar”a 11 milyon avro təklif edib. İngiltərə təmsilçisiylə gələn mövsümün sonunda müqaviləsi başa çatacaq Ernandesi “Sevilya” ilə yanaşı, “Vestt Hem” də sıralarına qatmaq uğurunda mübarizə aparır.
saytlarin hazirlanmasi