"Porto"nun futbolçusu Braziliya yolunda

01:40 - 11 İyul 2015

Kolumbiyalı yarımmüdafiəçini iki klub istəyir    
 
“Porto”da forma geyinən Xuan Fernando Kintero karyerasını Braziliyada davam etdirə bilər.
 
Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçunu transfer etmək uğurunda “Flamenqo” və “Atletiko Mineyro” klubları mübarizə aparırlar.
 
Kolumbiyalı yarımmüdafiəçini sıralarına qatmaqda daha iddialı görünən “Flamenqo” iyulun 21-nə qədər onun keçidini həll etməyə çalışır. Belə ki, həmin müddətdə artıq Brazilityada transfer üçün ayrılmış vaxt başa çatacaq. Kolumbiya millisinin üzvünün keçidinin düyünə düşməsinə əsas səbəb kimi “Atletiko Mineyro”nun futbolçuya maraq göstərməsi olub. Gələn təklifləri dəyərləndirən Portuqaliya təmsilçisi Xuan Fernando Kinteronu daha yaxşı qiymətə satmaq istəyir.
 
Qeyd edək ki, Amerika kubokunda Kolumbiya yığmasının şərəfini qoruyan futbolçu zədə alaraq turnirdə çıxışını erkən dayandırıb.  

Xəbər xətti