"Atletiko" belçikalı hücumçuyla anlaşdı

01:55 - 11 İyul 2015

Madrid təmsilçisi Karraskoyla 5 illik müqavilə bağladı
 
Belçika millisinin gənc hücumçusu Yannik Ferreyra Karrasko qarşıdakı 5 ildə İspaniya La Liqasında çıxış edəcək.
 
Sportal.az xəbər verir ki, “Monako”da forma geyinən 21 yaşlı futbolçunu Madrid “Atletiko”su transfer edib.
 
Fransa təmsilçisində özünü yaxşı tərəfdən göstərən Karraskonun keçidi madridlilərə 20 milyon avroya başa gəlib. Məhz ötən  mövsüm “Monako”da stabil oyun göstərən hücumçunu məşqçilər korpusu yığmaya cəlb edib.     

Xəbər xətti