İstanbul təmsilçisi türk əsilli futbolçunu heyətinə qatır
“Napoli” klubunun aparıcı üzvlərindən biri sayılan Gökhan İnlər karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, türk əsilli futbolçunu “Qalatasaray” heyətinə qatmağa hazırlaşır.
İstanbul təmsilçisi 31 yaşlı isveçrəli futbolçunun keçidini rəsmləşdirmək üçün “Napoli” rəsmləriylə görüşüb. Türkiyə çempionu təcrübəli yarımmüdafiəçinin qarşılığında neapollulara 3,5 milyon avro ödəməyə hazırdır. Bundan başqa, İnlərin ilinə 2,5 milyon avro maaş kəsən “sarı-qırmızılılar” futbolçuya 2 illik müqavilə təklif edib.
Qeyd edək ki, ötən mövsüm “Napoli”də 33 oyun keçirən futbolçu 1 qol vurub.
saytlarin hazirlanmasi