"Mançester Siti"dən növbəti transfer

02:25 - 11 İyul 2015

“Şəhərlilər” Fabian Delflə razılığa gəldi
 
“Aston Villa”nın yarımmüdafiəçisi Fabian Delfin “Mançester Siti”yə keçidi sabah rəsmləşə bilər.
 
Sportal.az xəbər verir ki, “şəhərlilər” 25 yaşlı futbolçunun keçidini Frenk Lempardın əvəzləyiçisi kimi görür.
 
“Mançester Siti” klubu Fabian Delfin transferi qarşılığında qarşı tərəfə 8 milyon avro ödəyəcək. Maraqlısı odur ki, 6 ay bundan öncə ingiltərəli futbolçu Birmingem təmsilçisiylə müqaviləsini yeniləyib. Belə ki, qış fasiləsində yarımmüdafiəçi “Aston Villa”ya 4,5 illik müqavilə imzalayıb.    
 
Qeyd edək ki, geridə qalan mövsüm İngiltərə Premyer Liqasında 28 oyun keçirən futbolçu 3 qol ötürməsi edib.       

Xəbər xətti