Kolumbiyalı hücumçu “Sporinq”lə anlaşdı
“River Pleyt”in hücumçusu Teo Qutyerres karyerasını Portuqaliyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, uzun sürən danışıqlardan sonra Argentina təmsilçisi kolumbiyalı futbolçunun “Sportinq”ə keçidinə razılıq verib.
Portuqaliya təmsilçisi Qutyerresin transferi qarşılığında “River Pleyt”ə 3 milyon avro ödəyəcək. Yaxın günlərdə lissabonlular Kolumbiya yığmasının üzvüylə 3 illik rəsmi müqavilə bağlayacaq.
saytlarin hazirlanmasi