Əl-Şaaravi "Monako"ya razılıq verdi

02:47 - 11 İyul 2015

22 yaşlı hücumçu İtaliyadan ayrılır  
 
“Milan”ın hücumçusu Stefan Əl-Şaaravi karyerasını Fransada davam etdirəcək.
 
Sportal.az xəbər verir ki, 22 yaşlı italiyalı futbolçu “Monako”ya keçidinə razılıq verib.
 
Bazar günü tibbi baxışdan keçəcək İtaliya millisinin üzvüünü fransızlarla 4 illik müqavilə bağlayacağı gözlənilir. Ötən mövsüm “rossonerilər”in heyətində 19 oyuna çıxan hücumçu 3 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.       

Xəbər xətti