“Şaxtyor” sabiq hücumçusunu geri qaytarır
“Falmenqo”dan ayrılan Eduardo da Silva yenidən Ukaryanaya qayıdır.
Sportal.az xəbər verir ki, Xorvatiya millisinin braziliyalı əsilli sabiq üzvü növbəti mövsüm “Şaxtyor”un uğurları üçün çalışacaq.
Donetsk təmsilçisinin direktoru Sergey Palkin də açıqlamasında futbolçunun keçidini təsdiqləyib:
“Eduardonu yenidən komandada görmək istəyirik. Futbolçu “Flamenqo”yla yollarını ayırıb. O, azad agent statusuyla komandaya qoşulacaq. Eduardo sabah Ukryanaya gəlir. Ümid edirəm ki, onunla razılığa gələcəyik”.
Qeyd edək ki, 32 yaşlı hücumçu 2010-2014-cü illərdə “Şaxtyor”da forma geyinib.
saytlarin hazirlanmasi