Şuranın iclası keçirilib
Meksikada Dünya Avtomobil İdman Şurasının iclasında “Formula 1” yarışlarınınn 2016-cı il üzrə cədvəli təsdiq edilib.
Sportal.az Beynəlxalq Avtomobil Federasiyasına (FİA) istinadən xəbər verir ki, Şuranın iclası zamanı cədvəl aşağıdakı kimi qəbul edilib:
3 aprel. Avstraliya Qran Prisi
10 aprel. Çin Qran Prisi
24 aprel. Bəhreyn Qran Prisi
1 may. Rusiya Qran Prisi
15 may. İspaniya Qran Prisi
29 may. Monako Qran Prisi
12 iyun. Kanada Qran Prisi
26 iyun. Böyük Britaniya Qran Prisi
3 iyun. Avstriya Qran Prisi
17 iyul. Bakı Qran Prisi
31 iyul. Almaniya Qran Prisi
7 avqust. Macarıstan Qran Prisi
28 avqust. Belçika Qran Prisi
4 sentyabr. İtaliya Qran Prisi
18 sentyabr. Sinqapur Qran Prisi
25 sentyabr. Malayziya Qran Prisi
9 oktyabr. Yaponiya Qran Prisi
23 oktyabr. ABŞ Qran Prisi
30 oktyabr. Meksika Qran Prisi
13 noyabr. Braziliya Qran Prisi
27 noyabr. Abu-Dabi Qran Prisi
2016-cı ildə Azərbaycanda "Avropa Qran Pri Bakı" (Formula 1, Grand Prix of Europe) adı altında “Formula-1” yarışları keçiriləcək. Artıq ölkəmizdə yarışlarla bağlı hazırlıq işləri plana uyğun şəkildə həyata keçirilir. Yarış üçün trasın tikintisi üzrə əsas işlər gələn ilə planlaşdırılıb. Bakının mərkəzində keçiriləcək şəhər trasının layihəsi German Tilkenin memarlıq bürosu tərəfindən layihələşdirilib.
Yarışları keçirəcək “Baku Grand Prix” şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri bir neçə mərhələdən ibarət olacaq. Trasın layihəsi artıq tam hazır vəziyyətə gətirilərək, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiqinə təqdim olunub. Layihə təsdiq olunduqdan sonra tikinti işləri başlayacaq. Tikinti işlərinin əsas mərhələsi gələn ilə planlaşdırılıb.
saytlarin hazirlanmasi