7 klubumuz siyahıda yer alıb
UEFA klubların yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan siyahıda 7 klubla təmsil olunur.
Sportal.az xəbər verir ki, klublarımız arasında ən yüksək reytinq "Qarabağ"a məxsusdu. Ağdam təmsilçisi 9.750 xalla 139-cu pillədə qərarlaşıb.
"Neftçi" - 153-cü (9,000), "İnter" - 282-ci (3.750), "Xəzər Lənkəran" - 283-cü (3,750), "Qəbələ" - 350-ci (2,500), "Bakı" 351-ci (2,500), AZAL - 352-ci (2,500) pillədə yer alıb.
Azərbaycan ölkələrin reytinq cədvəlində 11,250 balla 28-cidi.
İlk "10-luq" isə belədi:
1. "Real" (Madrid) - 142.814
2. "Bavariya" - 135.092
3. "Barselona" - 132.814
4. "Çelsi" - 119.756
5. "Atletiko" (Madrid) - 115.814
6. "Benfika" - 96.783
7. "Arsenal" - 91.756
8. "Yuventus" - 91.054
9. PSJ - 90.599
10. "Borussia" (Dortmund) - 90.092
saytlarin hazirlanmasi