Könüllülərə təşəkkürnamələr təqdim olundu

16:20 - 11 İyul 2015

Azad Rəhimovla Mikayıl Cabbarov tərəfindən

 

Bu gün Bakı-2015 I Avropa Oyunlarının könüllülərinə prezident İlham Əliyev və Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva tərəfindən imzalanmış təşəkkürnamələrin təqdimatı olub.

 

Sportal.az xəbər verir ki, ilk 50 könüllü gəncə təşəkkürnamələr gənclər və idman naziri Azad Rəhimovla  təhsil naziri Mikayıl Cabbarov tərəfindən təqdim olunub.

 

Tədbirdə könüllülər haqda hazırlanmış video-çarx nümayiş olunub.

 

Qeyd edək ki, təşəkkürnamələrin digər hissəsi gələn həftə Prezident yanında Gənclər Fondu tərəfindən təqdim olunacaq.

Xəbər xətti