Van Persi sabah İstanbula gəlir

18:26 - 11 İyul 2015

Müqavilə imzalaması gözlənilir

 

“Mançester Yunayted”in hücumçusu Robin van Persinin Türkiyəyə gələcəyi tarix müəyyənləşib.

 

Sportal.az Türkiyə KIV-lərinəxəbər verir ki, istinadən xəbər verir ki, hollandiyalı futbolçu sabah İstanbula gələcək.

 

“Fənərbaxça” ilə ilkin müqavilə bağlayan hollandiyalı forvardın təyyarə biletinin şəkli mediada yayılıb. O, sabah Mançesterdən yola düşəcək və Bakı vaxtı ilə saat 19:30-da İstanbulda olacaq. Van Persinin iyulun 13-də “Fənərbaxça”da tibbi müayinədən keçməsi və yeni komandası ilə rəsmi müqavilə imzalaması gözlənilir.

 

Xəbər xətti