34-cü dəqiqədə maraqlı hadisə
Bu gün keçirilən "Viktoriya" (Plzen) - "Dinamo" (Kiyev) yoxlama matçının 34-cü dəqiqəsində oyun dayandırılaraq ləğv olunub.
Sportal.az xəbər verir ki, matçın 27-ci dəqiqəsində baş hakim kiyevlilərin heyətində Yusuf Belandanı qırmızı vərəqə ilə oyundan kənarlaşdırıb. Bu hadisədən bir neçə dəqiqə sonra isə "Dinamo"nun baş məşqçisi Sergey Rebrov Belandadın əvəzinə meydana oyunçu daxil etmək istəyərkən hakim buna izin verməyib və rəsmi matç olmamasına baxmayaraq oyunu 34-cü dəqiqədə ləğv etmək qərarına gəlib.
saytlarin hazirlanmasi