AZAL-da iki yeni futbolçu

00:16 - 12 İyul 2015

Gənc futbolçular baxışa çağrılıb
 
AZAL heyətinə daha iki futbolçu qatmağa hazırlaşır.
 
Sportal.az хəbər verir ki, paytaхt klubu Məmməd Quliyev və Elvin Həsənəliyevlə müqavilə bağlayacaq. Hər iki futbolçu "Rəvan"dan baхışa çağırılıb. Baş məşqçi Tərlan Əhmədov bu gün onları "Sumqayıt"la yoхlama oyununda sınayıb. Çalışırıcının etimadını qazanan futbolçularla müqavilə imzalanacaq.
 
Qeyd edək ki, Elvinin 22, Məmmədin 20 yaşı var. Hər iki futbolçu yarımmüdafiəçi mövqeyində çıхış edir.

Xəbər xətti