Braziliyalı futbolçu karyersını vətənində davam etdirəcək
“Barselona”nın sabiq braziliyalı ulduzu Ronaldinyo karyerasını ölkəsində davam etdirəcək.
Sportal.az xəbər verir ki, Türkiyənin “Antalyaspor” klubuna keçidi gündəmdə olan “sambaçı” son qərarını verib.
Belə ki, 2005-ci ilin “Qızıl top” mükafatçısı “Antalyaspor”u deyl, “Fluminense” klubunu seçib. 35 yaşlı futbolçu yaxın günlərdə Braziliya təsmsilçisiylə 1 illik müqavilə bağlayacaq. Ötən mövsümü Meksika “Keretaro”sunda keçirən futbolçu karyerası ərzində “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo” və “Atletiko Mineyro” klublarında çıxış edib.
saytlarin hazirlanmasi