Ukraynalı futbolçu Azərbaycan klubundan dəvət alsa da, doğma vətənində qaldı

00:34 - 12 İyul 2015

"Ona qədər mənə Azərbaycandan da dəvət gəlmişdi"
 
Ukraynalı futbolçu Kiril Sidorenko karyerasını Azərbaycanda davam etdirə bilərmiş.
 
Sportal.az xəbər verir ki, bu barədə "İliçevets"ə keçən futbolçu football.ua-ya müsahibəsində bildirib:
 
"Menecerim mənə özümü "İliçevets"də sınamağı təklif etdi, mən də qəbul etdim. Ona qədər mənə Azərbaycandan da dəvət gəlmişdi. Konkret təklif idi. Bütün mənfi və müsbət cəhətləri götür-qoy etdikdən sonra "İliçevets" variantına üstünlük verdim".

Xəbər xətti