Darmian rəsmən "Mançester Yuneyted"də

01:25 - 12 İyul 2015

“Qırmızı şeytanlar” futbolçuyla müqavilə bağladı

“Mançester Yunayted” klubu “Torino”nun müdafiəçisi Matteo Darmianla münasibətləri rəsmləşdirib.
 
Sportal.az xəbər verir ki, İngiltərə nəhəngi 25 yaşlı italiyalı futbolçu ilə 4+1 müqavilə bağlayıb.
 
Bu tarnsferin qarşılığında “Qırmızı şeytanlar” torinolulara 20 milyon avro ödəyib.
 
Qeyd edək ki, 2011-ci ildən “Torino”da çıxış edən futbolçu bu müddətdə 146 oyuna çıxıb və 5 qol vurub.
 
 

Xəbər xətti