İspaniyalı qolkiper “Porto”yla müqavilə bağlayır
"Real"ın qapıçısı İker Kasilyasın komandadan ayrılması rəsmiləşib.
Sportal.az xəbər verir ki, ispaniyalı qolkiper karyerasını Portuqaliyada davam etdirəcək.
Madrid klubunun rəsmi saytında verilən açıqlamada Kasilyasın "Porto" ilə anlaşdığı bildirilib.
Yaxın günlərdə onun "Porto"ya transferinin rəsmən açıqlanacağı gözlənilir. Ötən gün sonuncu dəfə klubun bazasında olan 34 yaşlı qapıçı komanda yoldaşları ilə vidalaşıb.
Qeyd edək ki, ispaniyalı kiper "Real"da ilk rəsmi matçına 1999-cu ilin sentyabr ayında "Atletik" (Bilbao) ilə görüşdə çıxıb. Komandası ilə 18 kubok qazanan Kasilyas Madrid klubunun digər canlı əfsanəsi Raul Qonzalesdən (741) sonra "Real"da ən çox oyun keçirən (725) ikinci futbolçudur.
saytlarin hazirlanmasi