İngiltərə klubu Veynaldumla münasibətləri rəsmləşdirdi
İngiltərənin “Nyukasl” klubu PSV-nin yarımmüdafiəçisi Georginyo Veynaldumun keçidini həll edib.
Sportal.az xəbər verir ki, ingiltərə təmsilçisi hollandiyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.
14,5 milyon avroya başa gələn Veynaldum “Nyukasl” klubunun ən bahalı transfer kimi 3-cü futbolçu olaraq tarixə düşüb.
Qeyd edək ki, 24 yaşlı futbolçu 20 dəfə Hollandiya yığma komandasının formasını geyinib.
saytlarin hazirlanmasi