Rumınlara tapşırıldı
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Çukariçki” - “Qəbələ” oyununun hakimləri məlumdu.
Sportal.az xəbər verir ki, görüşü rumıniyalı hakimlər idarə edəcək. Matçın baş hakimi Radu Marian Petreskudur. Ona Mihai Ovidiu Artene və Vladimir Urzika kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını isə Marcel Birsan yerinə yetirəcək.
Qeyd edək ki, "Çukariçki" - "Qəbələ" matçı iyulun 16-sı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
saytlarin hazirlanmasi