Vertolyotun icarə qiyməti 5 min avrodur
“Bavariya”nın hücumçusu Robert Levandovski maraqlı addımı ilə diqqət çəkib.
Sportal.az xəbər verir ki, ulduz futbolçu həyat yoldaşı ilə birgə çörək almaq üçün mağazaya yollanmaq istəyib. Mağazaya getmək üçün isə o, vertolyot sifariş edib.
Polşalı futbolçu hazırda vətənində, Stançlevo kəndində istirahət edir. Onun qaldığı məkana ən yaxın mağaza 30 km aralıda yerləşir.
10 saatlıq vertolyotun icarə qiyməti 5 min avrodur. Qeyd edək ki Levandovski "Bavariya"da illik 12 milyon avro qazanır.
saytlarin hazirlanmasi