22 min bilet Gürcüstan vətəndaşlarına satılacaq
Gürcüstanın paytaxtı Tiflisdəki Mixail Mesxi adına stadionun kassalarında UEFA Super Kuboku matçına bilet satışı başlanıb.
Sportal.az xəbər verir ki, İspaniyanın "Barselona" və "Sevilya" klublarının üz-üzə gələcəyi oyun üçün Gürcüstan tərəfinə 30 min bilet ayrılıb.
Onlardan 8 mini onlayn-satışla sahibini tapıb. Əcnəbilər bu satışdan 6 min bilet əldə ediblər. Qalan 22 min bilet Gürcüstan vətəndaşlarına satılacaq. Hər bir şəxsiyyət vəsiqəsi ilə 4 bilet almaq olar.
Qeyd edək ki, avqustun 11-də Tiflisdəki Boris Payçadze adına stadionda keçiriləcək "Barselona" - "Sevilya" matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
saytlarin hazirlanmasi