"Çay içməyi çox sevirəm"

20:45 - 12 İyul 2015

Padolski jurnalistlərin suallarını cavablandırıb

 

“Qalatasaray”ın yeni transferi Lukas Podolski komandanın Avstriya toplanışında jurnalistlərin suallarını cavablandırıb. 

 

Sportal.az xəbər verir ki, alman forvard açıqlamasında bir neçə il əvvəl də “Qalatasaray”dan təklif aldığını deyib: “İllər əvvəl də “Qalatasaray”dan mənə təklif gəlmişdi. Amma bu dəfə “cim-bom”un mənə olan marağı diqqətimi daha çox çəkdi. Baş məşqçimiz də mənimlə çox yaxından maraqlanırdı.İstanbul gözəl şəhərdi. “Qalatasaray”ın gözəl stadionu var və Çempionlar Liqasında yarışacaq. Bunlar da Türkiyəyə gəlməyimdə böyük rol oynadı”. 

 

Podolski çay içməyi çox sevdiyini də bildirib: “Mən çay içməyi çox sevirəm. Kölndə böyümüşəm. Orda xeyli türk dostlarım vardı”

Xəbər xətti