"Qəbələ" "Çukariçki" üçün başladı

00:47 - 13 İyul 2015

Komandada iki günlük istirahət başa çatıb
 
“Qəbələ” UEFA Avropa Liqasının II təsnifat mərhələsinin hazırlıqlarına start verib.
 
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Serbiyanın “Çukariçki” klubu ilə səfərdəki ilk oyunun hazırlığına Qəbələdə başlayıb. I təsnifat mərhələsinin “Dinamo” (Tiflis, Gürcüstan) ilə cavab oyunundan (2:0) sonra iki günlük istirahətə buraxılan futbolçular iyulun 12-də axşam məşqində bir araya gəlib. Roman Qriqorçukun yetirmələri əvvəl fiziki hazırlıq keçib, ardınca topla çalışıb. Məşqdə komandanın bütün futbolçuları iştirak edib. “Qırmızı-qaralar” növbəti məşqini bu gün keçirəcək.
 
Xatırladaq ki, “Çukariçki” – “Qəbələ” oyunu iyulun 16-də Çukaritsada keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər xətti