Bu işlə bağlı təşkilatın bir sıra yüksək vəzifəli məmurları həbs olunub
Dünya çempionatları ilə bağlı qalmaqal davam edir.
Sportal.az xəbər verir ki, İsveçrə prokurorluğu Dünya Çempionatı 2018 və 2022-nin ev sahiblərinin seçilməsi məsələsində 81 şübhəli maliyyə əməliyyatları barədə məlumata malikdir. Öncə bu cür əməliyyatların sayı 53 idi, bu gün isə onlara daha 28-i əlavə olunub.
İsveçrə prokurorluğu qarşıdan gələn iki dünya birinciliyinin sahiblərinin seçilməsi zamanı pozuntular barədə cinayət prosesi açıb. Paralel olaraq ABŞ-ın Federal Təhqiqatlar Bürosu FİFA-da rüşvət barədə işi araşdırır. Bu işlə bağlı təşkilatın bir sıra yüksək vəzifəli məmurları həbs olunub.
Bununla belə, qeyri-rəsmi məlumata əsasən, Amerika tərəfinin istintaqı ÇM-2018-ə deyil, DÇ-2022-yə aiddir.
Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 isə Qatarda keçiriləcək.
saytlarin hazirlanmasi