Joze Mourinyo nigeriyalı futbolçunu düşərgədə saxladı
“Çelsi” klubu yarımmüdafiəçi Con Obi Mikellə yollarını ayırmaq qərarına gəlib.
Sportal.az xəbər verir ki, əsas heyətdə yer almayan nigeriyalı futbolçu nadir hallarda meydana çıxır.
Bu üzdən londonlular 28 yaşlı futbolçunu satmaq istəsə də, baş məşqçi Joze Mourinyo buna razılıq verməyib. Növbəti mövsüm futbolçunun xidmətindən yararlanmaq istəyən portuqaliyalı mütəxəssis Mikelin “Çelsi”də qalmasına dəstək verib.
Qeyd edək ki, ötən mövsüm nigeriyalı futbolçu “zadəganlar”ın heyətində 17 oyuna çıxıb.
saytlarin hazirlanmasi