Madrid təmsilçisi Stefan Saviçi heyətinə qatır
Çernoqoriya millisinin aparıcı üzvü Stefan Saviçi heyətinə qatmaq istəyən klubların sayı artır.
Sportal.az xəbər verir ki, “Fiorentina”da forma geyinən 24 yaşlı müdafiəçini əvvəl “Mançester Yunayted”, “Arsenal”və “Liverpul” maraqlanırdısa, onlara daha bir klub qoşulub.
Belə ki, Madrid “Atletiko”su mərkəz müdafiçini transferini həyata keçirmək üçün hərəkətə keçib. Joa Mirandenin “İnter”ə gedişindən sonra müdafiədəki boşluğu baş məşqçi Dieqo Simeone çernoqoriyalı futboçunun keçidiylə doldurmaq istəyir. İtaliya təmsilçisi Stefan Saviçi 15 milyon avro qarşlığında “Atletiko”ya transfer olunmasına razılıq verib. Belə olan halda yaxın günlərdə İspaniya təmsilçisinin futbolçuyla rəsmi müqavilə bağlayacağlı gözlənilir.
Qeyd edək ki, 2014-2015 mövsümündə İtaliya A seriyasında 29 oyun keçirən müdafiəçi 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi