"Beşiktaş" Duqlas Kostayla anlaşdı

02:30 - 13 İyul 2015

Futbolçu icarə əsasında Türkiyədə oynayacaq
 
Yeni mövsüm hazırlıqlarını davam etdirən “Beşiktaş” klubu heyətini gücləndirib.
 
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi “Dnepr”in müdafiəçisi Duqlas Kosta ilə anlaşıb.
 
Tərəflər arasında razılığa əsasən futbolçu icarə əsasında “Qara qartallar”ın şərəfini qoruyacaq. Türkiyə təmsilçisinin Duqlas Kostayla 1 illik müqavilə bağlayacağı gözlənilir. Əgər “Beşiktaş” ilin sonunda müdafiəçinin transfer hüququnu əldə etmək istəyərsə, onda istanbullular qarşı tərəfə 5.5 milyon avro ödəyəcək.

Xəbər xətti