Dzeko gələn həftə "canavar" olur

11:34 - 13 İyul 2015

5 illik müqavilə imzalanacaq

 

"Mançester Siti"nin hücumçusu Edin Dzeko karyerasını İtaliyada davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 29 yaşlı bosniyalı futbolçu gələn həftənin bazar ertəsi "Roma" ilə rəsmi müqavilə imzalamağa çox yaxındır. Tərəflər arasında ilkin razılıq əldə olunub və 5 illik nəzərdə tutulan müqavilədə Dzeko illik 4,5 milyon avro qazanacaq.

 

Qeyd edək ki, Dzekonun transferi "Roma"ya 15-20 milyon avro arası başa gələcək.

Xəbər xətti