Vətəninə dönür
"Qalatasaray"ın braziliyalı yarımmüdafiəçisi Felipe Melo karyerasını öz ölkəsində davam etdirəcək.
Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "cim-bom"dan ayrılacağı gözlənilən 32 yaşlı futbolçu "Kruzeyro" ilə ilkin razılıq əldə edib. Yaxın günlərdə rəsmi müqavilənin də imzalanacağı gözlənilir.
Qeyd edək ki, Melonun "Qalatasaray"la müqaviləsi gələn ilin iyununda sona çatır.
saytlarin hazirlanmasi