"Çelsi" qapıçı transfer etdi

17:16 - 13 İyul 2015

4 illik müqavilə imzalanıb

 

İngiltərənin "Çelsi"  klubu heyətinə yeni qapıçı cəlb edib.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "zadəganlar"  "Stok Siti"nin 28 yaşlı qapıçısı  Asmir Beqoviçi transfer edib.

 

Təcrübəli əlcək sahibi ilə 4 illik müqavilə imzalanıb. Bosniya və Hersoqovina millisinin üzvü "Çelsi"də 1 nömrəli formanı geyinəcək.

Xəbər xətti