Ardıcıl 2-ci çempionluq

18:21 - 13 İyul 2015

Cokoviç Vimbeldon turnirinin qalibi oldu

 

Londonda keçirilən Vinbeldon tennis turniri başa çatıb.

Sportal.az xəbər verir ki, kişilərin mübarizəsində finalda dünya sıralamasında 1-ci olan serbiyalı raketka ustası Novak Cokoviç və dünya ikincisi isveçrəli Roje Federer üz-üzə gəlib. Yarışın ilk iki seti gərginliyi ilə yadda qalıb. İlk setdə serbiyalı tennisçi 7:6 hesabı ilə qalib gəlib. Amma ikinci set Federerin üstünlüyü iləbaşa çatıb - 7:6. Növbəti hissələrdə təşəbbüsü ələ alan Cokoviç, 6:4 və 6:3 hesabları iləqalib gələrək ardıcıl ikinci dəfə nüfuzlu turnirdə çempionluğa yiyələnib.

Xəbər xətti