Ağırlıq qaldıranda ürəyi getdi VİDEO

18:58 - 13 İyul 2015

Sonra yarışı davam etdirib

 

Kanadada təşkil edilən ağırlıqqaldırma yarışında qadınlar arasında 53 kq çəki dərəcəsində yarışan 20 yaşlı Venesuelalı idmançı Genesis Rodriguez Gomez yarış əsnasında qaldırdığı 106 kq-lıq ştanqın ağırlığına dözə bilməyərək tamaşaçıların gözü qarşısında özündən gedib. 

 

Sportal.az  xəbər verir ki, qısa müddət sonra yenidən yarışa qoşulan gənc idmançı ikinci haqqında bu ağırlığı, üçüncü haqqında isə 109 kq çəkini qaldıra bilib. 

 

 

Qeyd edək ki, idmançı yaşadığı talesizliyə baxmayaraq yarışdan gümüş medalla ayrılıb.

Xəbər xətti