"Kuban"la 1 illik müqavilə imzalayıb
Rusiya milli komandasının üzvü Andrey Arşavinin yeni klubu bəlli olub.
Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi karyerasını "Kuban"da davam etdirəcək. Arşavinlə bu gün 1 illik rəsmi müqavilə imzalanıb. Təcrübəli futbolçunun sabah yeni komandasının açıq məşqində ictimaiyyətə təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, Arşavinin son klubu “Zenit” olub.
saytlarin hazirlanmasi