3 illik müqaviləyə qol çəkib
Almaniya millisinin və “Bavariya”nın futbolçusu Bastian Şvaynştayqerin "Mançester Yunayted"ə keçidi rəsmiləşib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman futbolçu ilə 3 illik müqavilə imzalanıb.İngilislər bu transferə görə “Bavariya”ya 10 milyon avro ödəyiblər. 30 yaşlı yarımmüdafiəçinin “Mançesterdə nə qədər qazanacağı haqda məlumat verilməyib.
Qeyd edək ki, B.Şvaynşayqer "Bavariya"dan 500-dən çox matç çıxıb və 70 qol vurub.