Yeni mövsümdən Polşada oynayacaq
Almaniya millisinin liberosu Lenka Dürr Azərbaycan karyerasını bitirib.
Sportal.az xəbər verir ki, 25 yaşlı voleybolçu yeni mövsümdən Polşada oynayacaq.
O, Çempionlar Liqasında “Telekom”la E qrupunda yer alan “İmpel”lə anlaşıb. Artıq 1 illik rəsmi müqaviləyə imza atan Dürr yeni komandasında uğur qazanacağına əminlik də ifadə edib.
Qeyd edək ki, alman voleybolçu ölkəmizdə “İqtisadçı” ilə “Azəryol”un şərəfini qoruyub.
Almaniya millisinin üzvü ölkəmizi tərk etdi
saytlarin hazirlanmasi