Morqan Şneyderlini heyətinə qatıb
Yeni mövsüm üçün heyətini gücləndirməyə davam edən "Mançester Yunayted" klubu növbəti transferini gerçəkləşdirib.
Sportal.az xəbər verir ki, “qırmızı şeytanlar” "Sauthempton"dan Morqan Şneyderlini heyətinə qatıb.25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2008-ci ildən "Sauthempton"da çıxış edən Şneyderlin ötən mövsüm keçirdiyi 26 oyunda 4 qol vurub.
saytlarin hazirlanmasi